Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası gənc oxucuların iştirak ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinə ekskursiya təşkil edib.

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gerçəkləşən ekskursiyanın iştirakçıları əvvəlcə mərkəzin fəaliyyəti ilə tanış olublar. Sonra mərkəzdə iştirakçılara müxtəlif peşə təlimləri, ustad dərsləri, təhsil və təcrübə proqramları, gənclərin əlavə bilik və bacarıqlara nail olmaları üçün keçirdikləri görüşlər, seminarlar barədə ətraflı məlumat verilib.

Sonra iştirakçıların sualları cavablandırılıb, həmçinin gənclər üçün fəaliyyət göstərən proqramlarda iştirak etmək üçün oxucular qeydiyyatdan keçiblər.

Ekskursiya çərçivəsində bilik yarışması təşkil edilib, qalib komandaya hədiyyələr təqdim olunub.