Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi – “Rossotrudniçestvo” və Rus Humanitar Missiyasının nümayəndələri tərəfindən “Azərbaycanda rus dili – yeni üfüqlər” beynəlxalq müsabiqəsinin qalibləri təltif edilib. Təntənəli mərasim “Rossotrudniçestvo” rəhbərinin vəzifəsini müvəqqəti icra edən Aleksey Polkovnikov və Rus Humanitar Missiyasının baş direktoru Sergey Şevçuk tərəfindən keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, müsabiqəyə 2023-cü ilin fevral ayında start verilib. İki seçim turunun nəticələrinə görə Bakı, Gəncə və Şamaxıdan olan 10 rus dili və ədəbiyyat müəllimi finala çıxıb, əsas mükafat Moskvaya səfər olacaq.

Mükafatlandırma mərasimi “Rossotrudniçestvo”nun mərkəzi aparatında keçirilib. Qaliblər layiq olduqları mükafatları aldılar, layihənin gələcək inkişaf perspektivləri, eləcə də rus dilinin Azərbaycanda təşviqi yollarını müzakirə etdilər.

Avqustun 14-dən 19-dək peşəsində ən yaxşılarını Rusiya paytaxtının əsas görməli yerləri ilə tanışlığı ehtiva edən zəngin mədəni-ekskursiya proqramı gözləyir.

Rusiya humanitar layihələr çərçivəsində Azərbaycan ilə mədəni, elmi və təhsil əlaqələrini inkişaf etdirir. Rus dilinin millətlərarası ünsiyyət vasitəsi kimi populyarlaşdırılması ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri olaraq qalır.