Yanvarın 18-dən 20-dək ABŞ-ın Nyu-York şəhərində "The New York Times Travel Show 2013" beynəlxalq turizm sərgisi keçiriləcək. Tədbirdə iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov Nyu-York şəhərinə ezam olunub.
   Həmçinin sərgidə "Azerbaijan Airlines", "SW travel", "ATA travel", "Spektr travel", "AL travel", "Geo travel", "Gilan tourism" və "Regea travel" turizm şirkətləri təmsil olunacaqlar.
   Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 28 kv.m sahə icarəyə götürülüb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.
   Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq ikinci dəfədir ki, "The New York Times Travel Show" beynəlxalq turizm sərgisində iştirak edir. Tədbirdə ölkəmizlə yanaşı, müxtəlif ölkələrdən 600-ə yaxın şirkət təmsil olunacaq.