Yanvarın 30-da «Qafqaz Baku City Hotel & Residences» hotelində yetim və cəzaçəkmə müəssisələrində yaşayan uşaqların əl işlərinin satış-sərgisi keçiriləcək. «Bir fidanı yaşadaq» devizi altında reallaşacaq xeyriyyə kampaniyasının media sponsoru Türkiyənin «TRT» kanalıdır.
   «Qafqaz Baku City Hotel & Residences»in satış departamentinin müdiri Fərahim Əliyevin sözlərinə görə, təmsil etdiyi hotel ilk dəfə belə bir sosial layihənin reallaşmasında iştirak edir. O bildirdi ki, gələcəkdə belə aksiyaların «Qafqaz» şəbəkəsinə daxil olan digər hotellərdə də keçirilməsi nəzərdə tutulur.
   Satış-sərgi yarmarkasına elm, səhiyyə, təhsil, mədəniyyət, idman, turizm sektorunun təmsilçiləri, ölkəmizdə fəaliyyət göstərən müxtəlif ölkələrin səfirliklərinin əməkdaşları dəvət edilib. Qeyd edək ki, xeyriyyə aksiyası iştirak etmək istəyən hər bir vətəndaşın üzünə açıqdır.

   Fəxriyyə