AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun nəşri olan “Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

İnstitutdan bildirilib ki, nəşrin bu nömrəsindəki elmi məqalələr “Heydər Əliyev – 100”, “Ədəbiyyatşünaslıq”, “Mətnşünaslıq”, “Dilçilik”, “Kitabxanaşünaslıq”, “Keçmişdən gələn səslər” və “Yubileylər” bölmələri üzrə verilib.

Jurnalda “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənc nəslin tərbiyəsində rolu”, “Nigar Rəfibəylinin poeziyasında Nizami”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı”, “Yusif Seyidovun ədəbi dil barədə fikirləri”, “Əl-Ədvar fi əl-musiqi” əsərinin əlyazma nüsxəsinin paleoqrafik xüsusiyyətləri və müqayisəli təhlili”, “Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana xalqımızın mədəni sərvətidir”, “Şövkət Sübhi. Tərcibənd”, “Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı (Teymur Kərimli – 70)” və s. mövzularda məqalələr yer alıb.