Musa Nəbioğlunun “Darvaz” kitabı işıq üzü görüb

 

Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Darvaz” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndi haqqında tarixi-etnoqrafik oçerklər və folklor araşdırmaları yer alıb. Nəşrdə Borçalının ən böyük kəndlərindən olan Darvazın Azərbaycan elminə və mədəniyyətinə töhfələr vermiş şəxsiyyətləri, tanınmış maarif və səhiyyə işçiləri, Qarabağ müharibəsində şəhid və qazi olmuş darvazlılar haqqında yazılar da toplanıb.

Bir kəndə həsr olunsa da, kitab Gürcüstanda yaşayan soydaşlarımızın adət-ənənəsi və folklorunun öyrənilməsi baxımından maraqlı nəşrdir və geniş oxucu kütləsi ilə yanaşı, müvafiq elm sahələrinin mütəxəssisləri üçün də məlumatlarla zəngindir.