Avqustun 22-də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar. Bundan əlavə, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.