Məşhur italyan estrada müğənnisi və bəstəkar, dünya pop musiqisinə öz möhürünü vurmuş Toto Kutunyo avqustun 22-də, 80 yaşında vəfat edib.

İtaliya mediasının məlumatına görə, sənətçi Milan şəhərində müalicə aldığı “San Raffaele” xəstəxanasında dünyasını dəyişib. Bildirilir ki, uzun sürən xəstəlikdən sonra müğənninin vəziyyəti son aylarda pisləşib. 2007-ci ildə ona prostat xərçəngi diaqnozu qoyulmuşdu.

İtaliyada bir sıra musiqi mükafatlarına layiq görülən Toto Kutunyo 1990-cu ildə “Avroviziya” müsabiqəsində (Zaqreb) ölkəsinə qalibiyyət gətirmişdi.

Sənətçi iyulun 7-də 80 yaşını qeyd etmişdi.