Quru sərhədləri bağlı olsa da...

 

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143 min 600 nəfər və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, gələnlərin 32,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan vətəndaşları olub. Bundan əlavə, Azərbaycana səfər edənlərin İsrail, Ukrayna, Belarus,  Küveyt, Böyük Britaniya, Türkmənistan vətəndaşları da 1,1 – 1,5 faiz təşkil edib.

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 993,5 min nəfər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz çoxdur.

Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana 32,5 faiz, Türkiyəyə 6,4 faiz artıb, İrana səfər edənlərin sayı isə 24,7 faiz azalıb. Bu ilin yeddi ayında Azərbaycan vətəndaşlarının 42,5 faizi Türkiyəyə, 22,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 7,7 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib.