Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası tərəfindən bir neçə ildir həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi davam edir.

Layihə üzrə kitabxananın oxucusu olan yazıçı və şairlər öz əsərlərini təqdim edirlər.

Layihənin budəfəki qonağı kitabxananın fəxri oxucusu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Mehdixanlı olub.

Yazıçı “Meyvə bazarında” adlı hekayəsini oxuculara təqdim edib. Müəllif əsərdə doğma torpağımızın, ana təbiətin bizə bəxş etdiyi gözəl, dadlı meyvələrin dili ilə insanlara önəmli mesajlar verir.