Dubay çimərliklərindən istifadə ölkə rəhbərliyi tərəfindən qadağan edilib. Qadağa şaxtalı hava şəraiti ilə əlaqədar tətbiq edilib. Hazırda Dubay əmirliyinin yalnız El-Fuceyra çimərliyindən istifadə etmək mümkündür. Digər regionlarda hələ də soyuq hava şəraiti hökm sürməkdədir. Lakin əlverişsiz hava şəraitinə rəğmən hazırda Dubaya burada davam edən ticarət festivalını izləmək üçün minlərlə turist gəlir.
   
   Fəxriyyə Abdullayeva