Yanvarın 24-dən 27-dək Türkiyənin İstanbul şəhərində "EMİTT 2013" beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub.
   Nümayəndə heyətinin tərkibinə nazirliyin Turizm şöbəsinin müdiri A.İsmiyev, Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi A.Əliməmmədova, həmin sektorun məsləhətçisi C.Kəlbəliyev və Dövlət Mahnı və Rəqs Ansamblının 4 üzvü daxildir. Həmçinin sərgidə "SW travel", "ATA travel", "Millennium Tourism and Congress", "The tour", "Gilan tourism", "Sultan travel", "Geo travel", "Regea travel" turizm şirkətləri və "Chinar Hotel and Spa Naftalan", "Jumeirah Bilgah Beach hotel", "Divan Express hotel", "Fairmont Baku", "My way hotel" mehmanxanaları təmsil olunacaqlar.
   Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 70 kv.m sahədə lövhə quraşdırılıb, burada "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Ziyarətçi və iştirakçılara paylamaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanıb.
   Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2003-cü ildən başlayaraq artıq 11-ci dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir. Ötən sərgidə ümumilikdə 62 ölkədən 500-ə yaxın şirkət təmsil olunmuşdu.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar