Fevralın 28-də Bakıdakı «Divan Express» mehmanxanasında «INFLOT Cruise & Ferry» şirkətinin və «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə kruiz səfərlərinin təşkili və həyata keçirilməsi ilə məşğul olan şirkətlərin təqdimatı olacaq. Təqdimatda «Royal Caribbean International», «Celebrity Cruises», «Azamara Club Cruises», «Pullmantur», «Costa Cruises» və «Norwegian Cruise Line» turizm şirkətləri barədə geniş məlumat veriləcək.
   Tədbirdə Azərbaycan turoperatorları dəniz kruizləri haqqında ətraflı məlumat alacaqlar. İştirakçılar üçün həmçinin özündə dəniz gəzintiləri barədə məlumatları əks etdirən «Sruising for excellence» proqramı üzrə treninqlər keçiriləcək.