Bu il Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələr vermiş görkəmli aktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan olmasının 80 illiyidir.

Mədəniyyət Nazirliyinin dəstəyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə sentyabrın 23-də Nizami Kino Mərkəzində unudulmaz sənətkarın yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.

Tədbirdə kino xadiminin həmkarları və sənət dostları Şahmar Ələkbərovun yaradıcılıq yolundan danışacaq, xatirələrini bölüşəcəklər.

Gecədə aktyorun çəkildiyi və rejissor kimi lentə aldığı ekran əsərlərindən fraqmentlər nümayiş olunacaq.

Lalə