Üç dəfə təxirə salınıb...

 

Bu il 16-18 noyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində IX Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək. Forumun təşkilatçıları – Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq Hökumətidir.

Forumun rəsmi saytında yer alan məlumata görə, forum müxtəlif ölkələrdən qonaqları yenidən bir araya gətirəcək.

2020-ci ildən bəri üç dəfə təxirə salınmış forum yenidən Rusiyanın və dünyanın mədəniyyət xadimləri, nəhəng mədəniyyət təşkilatları rəhbərlərinin, həmçinin biznes qurumlarının və dövlət hakimiyyəti orqanlarının təmsilçiləri üçün başlıca tədbirə çevriləcək.

İşçi proqram “Tarixin mədəniyyət vasitəsilə dərki”, “Süni intellekt – mədəniyyət üçün təhlükə, yoxsa rifah”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” üç blokdan ibarət olacaq. 

Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu ilk dəfə 2012-ci ildə keçirilib. Hər il təşkil olunan forum sonuncu dəfə 2019-cu ildə gerçəkləşib. 2020-2021-ci illərdə pandemiya üzündən, 2022-ci ildə isə Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən ertələnib.

Forumda Azərbaycan da ənənəvi olaraq iştirak edir. Onu da qeyd edək ki, 2018-ci ildə Azərbaycan Respublikası 2020-ci ilə nəzərdə tutulan foruma “fəxri qonaq ölkə” statusu ilə dəvət almış və bununla bağlı müvafiq razılıq sənədi imzalanmışdı.