Layihənin növbəti tədbiri Şəkidə keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf naminə” İctimai Birliyi tərəfindən “Mədəni irsin qorunmasında cəmiyyətin rolu” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində növbəti tədbir avqustun 28-də Şəki şəhərində gerçəkləşib.
İB-nin sədri Çingiz Bayramov və ekspert Günay Hacıyeva layihə haqqında geniş məlumat veriblər.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin baş məsləhətçisi Tərxan Tahirli, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının tədris işləri üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru Gülarə Abdullayeva və başqaları çıxış ediblər.
Qeyd olunub ki, dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.