Xəbər verildiyi kimi, ölkəmizin bir sıra bölgələrinə yağan leysan yağışları, obyekt və yol infrastrukturuna ciddi ziyan vurub.

Xızıda yağan leysan yağışları nəticəsində yaranan sel Mikayıl Müşfiqin rayonun Sayadlar kəndindəki xatirə muzeyinin ərazisinə ciddi zərər yetirib. Sel suları nəticəsində ərazidəki piyada körpüsü də dağılıb. Bundan başqa, muzeyin ərazisindəki söhbətgah və bulaq da sel sularının gətirdiyi palçıq və daşların altında qalaraq yararsız vəziyyətə düşüb.

Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən İlhamə Hüseynova bildirib ki, muzeyin bağçasında və ətraf ərazidə ciddi fəsadlar olsa da, binaya və burada qorunan eksponatlara ziyan dəyməyib. Fəsadlar barədə aidiyyəti qurumlara məlumat verilib.