Mədəniyyət Nazirliyinin və “CBC FM” Radiosunun birgə layihəsi olan “Mədəniyyət dalğası” verilişi yeni mövsümdə yayımlanmağa başlayır. Verilişin ilk buraxılışı sentyabrın 1-də efirə gedəcək.

Layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, mədəni həyatımızda baş verən yenilikləri  efirdən səsləndirmək və dinləyiciləri  maarifləndirmək məqsədini daşıyır.

Radio verilişi hər həftənin cümə günü saat 11:00-da “CBC FM”-də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq.

Qeyd edək ki, “Mədəniyyət dalğası” verilişi eyni zamanda “CBC FM”-in rəsmi sosial media hesabında (Facebook: CBC FM Azerbaijan) canlı izləyə bilərsiniz.

Verilişin aparıcısı jurnalist Şahin Qazıyevdir (Şahin Tayfun).