Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “İstedadlıları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin “7-dən 77-yə” layihəsi üzrə müsabiqə keçirilib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Müsabiqədə Qazax, Ağstafa, Tovuz rayonlarından 7 yaşdan 77 yaşadək müxtəlif nominasiyalar üzrə əl işləri və rəsmlərdən ibarət sərgilər təqdim olunub. Eyni zamanda aşıq sənəti, nəfəs alətləri, bədii qiraət və musiqi ifaçılarının çıxışları dinlənilib.

Qaliblər hədiyyələrlə mükafatlandırılacaq.

Nurəddin