Azərbaycan Akademik Milli Dram Teatrında məzuniyyətdən sonra kollektivlə ilk görüş keçirilib.

Teatrdan bildirilib ki, sənət ocağının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə gələcək planlar, hazırlanacaq tamaşalar haqqında məlumat verib.

Teatr yeni mövsümdə üç tamaşa hazırlayacaq. Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır.

Mehriban Ələkbərzadə kollektivi təbrik edib, uğurlar arzulayıb.

Görüşdə 2023-cü ilin yanvar-iyul aylarında Akademik Milli Dram Teatrının həyatında baş verən hadisələrin hesabatından ibarət videoçarx təqdim olunub.

Sonra görüş bədii hissə ilə davam edib.