Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tarixi abidələrimizin qorunması və təbliği ilə bağlı müxtəlif addımlar atılır, layihələr həyata keçirilir.

Dövlət Xidməti tərəfindən bu məqsədlə “İrsimizi tanıyaq və qoruyaq” adlı yeni maarifləndirici aksiyaya başlanılıb.

Aksiya çərçivəsində ilk olaraq Kəlbəcər rayonu ərazisindəki dünya əhəmiyyətli memarlıq abidəsi – Xudavəng monastırı haqqında Azərbaycan və ingilis dillərində məlumat təqdim olunub.

Bildirilir ki, Qafqaz Albaniyasının önəmli yadigarlarından olan Xudavəng monastır kompleksi Kəlbəcər rayonu ərazisində, Tərtərçayın başlanğıcında yerləşir. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən qədim bazilikadır. XII əsrdə burada əlavə tikililər inşa edilib.

Materialda 30 illik işğal zamanı ermənilər tərəfindən monastıra qarşı həyata keçirilən vandalizm və mənimsəmə barədə də məlumat verilir.

Qeyd edək ki, Dövlət Xidməti tərəfindən bu ilin iyul ayında “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi də elan olunub.