İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Səməd Vurğunun “Şair, nə tez qocaldın sən?”, “Mən tələsmirəm...” şeirləri ispan dilində dərc olunub.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirləri ispan dilinə tanınmış ispaniyalı tərcüməçi Raul Poggi Alexandro və mərkəzin ispan dili mütəxəssisi Tutuxanım Yunusova çevriliblər.