Niderlandın Haaqa şəhərində ənənəvi “Səfirliklər festivalı” (“Embassy Festival”) keçirilib. Festivalda iştirakçı dövlətlərin mədəniyyəti, mətbəxi, musiqiləri təqdim edilib.

Azərbaycanın Niderlanddakı Səfirliyinin təşkil etdiyi pavilyonda ölkəmizin tarixi və mədəniyyətinə dair kitablar yer alıb, milli mətbəxin ləziz təamları nümayiş olunub. Pavilyonu ziyarət  edənlərə ölkəmizin mədəniyyəti, incəsənəti və turizmi haqqında məlumat verilib, broşürlər paylanılıb.

Milli rəqs qrupumuzun çıxışı festivala xüsusi rəng qatıb. Ziyarətçilər Azərbaycanın kulinariya nümunələrinə heyranlıqlarını bildirib, ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını ifadə ediblər.

Haaqa şəhərinin meri Jan Hendrikus Cornelis van Zanen də hər ölkənin pavilyonuna baş çəkib.

Festival çərçivəsində Azərbaycan səfirliyində “açıq qapı” aksiyası keçirilib və yerli ictimaiyyətin nümayəndələri qruplar şəklində səfirliyin binası ilə tanış olub, dövlət rəmzlərimiz, tariximiz, mədəniyyətimiz haqqında bilgilər alıblar.