Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 28 sentyabr tarixində saat 10:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 172) Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 22 sentyabr 2023-cü il tarixinə qədər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin aghdash@culture.gov.az elektron poçt ünvanı, (020) 23 5 5619 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.