İşğaldan azad olunmuş ərazilərdə müasir nəqliyyat infrastrukturunun yaradılması çərçivəsində Qubadlı rayonundan Laçına yeni avtomobil yolu çəkiləcək.

Prezident İlham Əliyev sentyabrın 5-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Xudafərin (Cəbrayıl rayonu)‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.