Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” jurnalının 79-cu buraxılışı işıq üzü görüb. 32 səhifəlik jurnalda 10 rubrikada yazılar, yeddi hekayə, maraqlı mövzuları əhatə edən məlumatlar yer alıb.

“Nağıllara səyahət” rubrikasında Astrid Lindqrenin “Damda yaşayan Karlson”, Şebnem Güler Karacanın “Yatağan koala və evkalipt ağacı”, Şəlalə Əmrahovanın “Ayı daşı” və başqa hekayələr dərc olunub.

“Yeni kitablar bizim rəflərimizdə” rubrikasında uşaqların bilməsi mühüm olan anlayışlar, məntiqi tapşırıqlar, diqqət və yaddaşı inkişaf etdirmək üçün rəngli, şəkilli kitabların  annotasiyaları verilib.

Jurnalda həmçinin uşaqların intellektual və yaradıcı inkişafına təkan verən krossvord, onların mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması üçün suallar da yer alıb.