Qusar rayonunda yerləşən «Şahdağ» Qış-Yay Turizm Kompleksinin ilkin mərhələdə istifadəyə verilmiş hissəsində qonaqların qəbuluna başlanılıb.
Bununla bağlı kompleksin müdiriyyəti turizm şirkətlərinə və turistlərə müraciət edib. Kompleksin rəhbərliyi turizm şirkətlərinə tövsiyə edir ki, istirahət mərkəzinə səfər planlaşdırarkən əvvəlcədən onlara məlumat verilsin. Turizm şirkətləri müdiriyyətlə müqavilə bağlamalı və hər gələn qrup haqqında əvvəlcədən məlumat verməlidir. Turistlərə isə müraciət etdikləri şirkətin komplekslə müqaviləsinin, habelə fəaliyyət göstərməsi haqqında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziyasının olub-olmadığını dəqiqləşdirmək tövsiyə olunur.
«Şahdağ» Qış-Yay Turizm Kompleksinin xidmətləri barədə ətraflı məlumat Mədəniyyət və Turizm Nazirliyinin mct.gov.az adlı saytında yerləşdirilib. Kompleksin özünün operator nömrəsi isə 1110-dur.
Fəxriyyə