Sentyabrın 7-də Şamaxı Yaradıcılıq Mərkəzində Xalq rəssamı Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyyətinin 55 illiyinə həsr edilmiş sərgi açılıb.
Tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə rəssamın Azərbaycan nağılları, klassik şairlərin irsinə və aşıq yaradıcılığına həsr olunmuş əsərləri nümayiş olunub.
Tədbirdə rayonun icra başçısı Tahir Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri yubilyarı təbrik edib, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.