Sentyabrın 25-də Azərbaycan Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını təqdim edəcək. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Atəş Qarayev (Əsgər), Fatimə Cəfərzadə (Gülçöhrə), Xalq artisti Gülyaz Məmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Səbinə Vahabzadə (Asiya), Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa edəcəklər.

Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.