Bu il görkəmli yazıçı, ədəbiyyatşünas-alim, pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 115 illiyidir.
XX əsr Azərbaycan nəsri və ədəbiyyatşünaslıq elminin, təhsilinin inkişafında mühüm xidmətləri olan Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, həqiqi müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır, sevilir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən ədibin yubileyi münasibətilə “Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115” adlı daycest oxuculara virtual şəkildə təqdim edilib.
Daycestdə ədib haqqında qısa xülasə, görkəmli şəxsiyyətlərin onun haqqında dəyərli fikirləri, həmçinin Mir Cəlalın bədii əsərlərində işlətdiyi atalar sözləri və aforizmlər yer alıb.
Xülasədə ümumilikdə 24 adda kitab və 131 adda dövri mətbuat məqaləsinin tammətnli siyahısı, həmçinin müəllifin 5 kitabı verilib.
Daycestlə https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/daycest/b-diyasar-s-xsiyy-t-mir-c-lal-pasayev-115 linki vasitəsilə tanış ola bilərsiniz.