Norveçdə həvəskar arxeoloq yerli peşəkar arxeoloqların artıq “əsrin tapıntısı” adlandırdıqları xəzinə tapıb. Gizli yerdə təxminən 1500 illik qızıl zərgərlik kolleksiyası olub.
“Live Science” xəbər verir ki, ekspertlər qədim əşyaların axtarışının həvəskarı olan Erlend Borenin tapıntısını bu yüzillikdə Norveç ərazisində tapılan ən böyük qızıl xəzinə sayırlar. Həvəskar norveçli arxeoloq təxminən 1500 il yaşı olan nadir simvolları olan doqquz qızıl kulon, üç qızıl üzük və qızıl suyuna salınmış on mirvari dənəsi olan gizli xəzinə aşkar edib.
Xəzinə ölkənin cənub-qərb sahillərində yerləşən Rennesoy adasında aşkar edilib. Norveç qanunvericiliyinə görə, xəzinə tapan hər kəs mükafat hüququna sahibdir. Tapılan artefaktın ümumi kütləsi təxminən 100 qram təşkil edir. Dəyərini isə mütəxəssislər verməlidirlər. Yerli muzeyin ekspertləri yastı qızıl kulonların eramızdan əvvələ, Roma imperiyası dövrünə aid olduğunu müəyyən ediblər.