Hər il 15 sentyabr ölkəmizdə yeni tədris ilinin başlanğıcı hesab olunur.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “15 Sentyabr - Bilik Günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Prezident İlham Əliyevin Bilik Günü ilə bağlı müraciəti, Azərbaycan təhsil sistemi, Azərbaycanda təhsil tarixi, təhsil siyasəti, təhsilin inkişaf strategiyası və digər mövzularda məqalələr, kitablar və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.