“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni sayı işıq üzü görüb.

Jurnalın bu sayı Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Xalq şairi Zəlimxan Yaqubun (1950-2016) dahi siyasətçiyə həsr etdiyi “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır.

Oxucular jurnalda görkəmli dövlət və ictimai xadim Həsən Həsənovun ustad aşıq Hüseyn Saraçlı ilə bağlı xatirələri, hazırda Türkiyədə fəaliyyət göstərən elm adamı Afina Barmanbayın “Şair Ağacan və “Türkiyə səfəri”nin üç variantı”, araşdırmaçı-jurnalist Kənan Aydınoğlunun “Aşıq Şəmşirdən ustad Şəmşirə qədər yol”, aşıq Atlıxan Alxanovun “Xatirələrdə yaşayan laçınlı Aşıq Şakir” adlı məqalələri, şair-publisist Əkbər Qoşalı ilə müsahibə, eləcə də ustad aşıq və sazbəndlərlə bağlı digər yazılarla tanış ola biləcəklər. Jurnalda poeziya nümunələrinə də yer ayrılıb.

“Ozan dünyası” jurnalının baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.