Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 15 sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması ilə əlaqədar musiqili tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim, tələbə və şagird heyəti iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova və orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev yeni tədris ilinin başlanması münasibətilə akademiyanın müəllim kollektivini və şagird heyətini təbrik edib, onlara 2023-2024-cü tədris ilində uğurlar arzulayıblar.

BXA tam orta təhsil pilləsi şagirdlərinin ifasında nümayiş etdirilən kiçik konsert proqramı alqışlarla qarşılanıb.

Sonda birincilər üçün rəmzi olaraq ilk dərs zəngi çalınıb, Qara Qarayevin “Yeddi gözəl” baletinin musiqi sədaları altında ibtidai və yuxarı sinif şagirdləri sinif otaqlarına yola salınıb.