Cəbrayıl rayon MKS və Cəbrayıl rayon üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə rayon Mərkəzi Kitabxanasında (Biləsuvar rayonu) “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib. Tədbirdə Ümummilli liderin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
***
Ağdam rayon Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda qeyd olunub ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.
***
Lerik rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Heydər Əliyev İli” münasibətilə şəhər 3 saylı tam orta və Anbudərə kənd ümumi orta məktəblərində olublar. Mərkəzin əməkdaşları şagirdlərə Ulu öndər Heydər Əliyevin dövlətçilik irsi haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, bu gün əldə olunan bütün uğurlarda Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Bu siyasi kurs Azərbaycanı daha böyük uğurlara aparır.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Gənclərə Ümummilli lider Heydər Əliyevin örnək həyat yolu haqqında geniş məlumat verilib, həmçinin gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
***
Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir təşkil edib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda tədris ocaqlarının maddi-texniki bazalarının ildən-ilə möhkəmləndirildiyi, təhsildə qazanılan uğurlar diqqətə çatdırılıb.
N.Məmmədli