Tanınmış Azərbaycan rəqqasları Eldar Cəfərov və Anna Sajina ABŞ-nin Florida ştatının Orlando şəhərində keçirilən Rəqs çempionatında (USDC Open Championship – 2023) qalib olublar. Ailə cütlüyü 1971-ci ildən keçirilən müsabiqənin bal rəqsləri üzrə turnirində uğur qazanıblar.

Qeyd edək ki, beşqat dünya çempionu olan Eldar Cəfərov və Anna Sajina uzun illərdir Azərbaycanı bal rəqsi ilə dünya səhnələrində uğurla təmsil edirlər.

Bu ilin yayında rəqqas cütlük Yaponiya Açıq Çempionatının qalibi olmuşdu.

Lalə