“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə oktyabrın 9-dan 13-dək Bakıda “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

Qoruq idarəsindən bildirilib ki, tədbir Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin tarixi şəhər və qoruqlarının iştirakı ilə keçiriləcək.

Beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatının rəhbərliyi, türk dövlətlərindən tarixi şəhər və qoruqların rəhbərləri, ekspertlər, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də media mənsubları iştirak edəcəklər.