Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Qonaqlar əvvəlcə mərkəzin muzey bölməsində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsini yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra şagirdlər Anım Gününə və qəhrəman oğullarımıza həsr olunmuş şeirlər söyləyiblər. 

Sonda şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.