Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş kitab nəşr edilib.

Azərbaycan dili ilə yanaşı, özbək və türk dillərində nəfis şəkildə çapdan çıxmış “Heydər Əliyev: 100 kəlam” adlı nəşrdə Ulu öndərin nitqindən seçilmiş 100 sitat –kəlamlar yer alıb. Kitabdakı kəlamlar Ulu öndərin bütün bəşəriyyətə çağırış, tövsiyə və nəsihətləridir.

Heydər Əliyevin ideyaları bəşəriyyəti tərəqqiyə, sülhə, ədalətə, inkişafa, rifaha səsləyir və bu fikirlər bütün dünyaya ünvanlanıb. İrqindən, milliyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir insan üçün dəyərli fikirlərin yer aldığı kitab təkcə bu gün üçün deyil, bütün dövrlər üçün aktualdır. Bu da Heydər Əliyevin müdrikliyini, uzaqgörənliyini bir daha bariz şəkildə nümayiş etdirməkdədir. 

Kitabın Azərbaycanda və Özbəkistanda təqdimatının keçirilməsi nəzərdə tutulur.