Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan və türk tarixinin, mədəni irsinin dünyada təbliğ olunması” mövzusunda tədbir keçirilib.

Muzeyin və Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva türklərin öz tarix və mədəniyyətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında xüsusi yer aldığını vurğulayıb. Bildirib ki, azərbaycançılıq və türkçülüyün böyük bir tarixi keçmişi var. Bu tarixi dəyərlər müasir dünyada türk xalqlarının, dövlətlərinin birliyinə öz töhfəsini verir.

Digər çıxış edənlər türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ictimai-siyasi modelinin və ədəbi-bədii fikrinin formalaşmasındakı rolundan, tarixi kökləri olan zəngin mədəniyyətindən, dünya coğrafiyasındakı yerindən söz açıblar.

Nurəddin