Bu il Novruz bayramı ərəfəsində «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıdan Misirin Şarm-əl-Şeyx kurort şəhərinə çarter aviareysi təşkil edəcək. Məlumata görə, Bakı-Şarm-əl-Şeyx aviareysi martın 17-də, əks istiqamətdə uçuş isə martın 24-də yerinə yetiriləcək. Sözügedən kurortda bir həftəlik istirahətin qiyməti 830 manatdan başlayır. Turpaketə hər iki istiqamətdə aviabilet, hotel, «all inclusive» sistemi ilə qidalanma, transfer, sığorta və viza daxildir.
   Qeyd edək ki, Misirdə davam edən qeyri-sabit siyasi vəziyyət Azərbaycan turistlərini bu ilin qış istirahət günlərini bu ölkədə keçirməkdən daşındırıb. Bu səbəbdən 2012-ci il dekabrın 29-da AZAL planlaşdırdığı Bakı-Şarm-əl-Şeyx çarter aviareysini təxirə salıb.
   
  Fəxriyyə Abdullayeva