Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilib.

Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən tamaşaçılara maraqlı konsert proqramları təqdim edilib. Filarmoniyanın səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertində Xalq artisti Fəxrəddin Kərimov dirijorluğu altında Əməkdar artist Anar Şuşalı (tenor) və Yuliya Kərimova (piano) çıxış ediblər.

***

Muzey Mərkəzinin akt zalında Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti təşkil olunub.

Solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Zǝhra Qurbanova (cello), Nǝzrin Abbaslı (piano), Qǝmǝrxanım Mǝmmǝdova (violin), Raul Hüseynov (gitara), Tunar Vǝlizadǝ (gitara), Nurcan Rzayeva (piano), Sǝbinǝ Hǝsǝnzadǝ (violin), Leyla Hüseynzadǝ (piano), Aytac Kara (violin),Talıb İsgǝndǝrli (bariton) çıxış ediblər. Konsertdə F.Chopin, M.Falla, A.Piazzolla, Q.Qarayev, T.Quliyev, A.Məlikov, N.Əliverdibəyov, A.Dadaşov, V.Mustafazadǝ, V.Bağırzadə, L.Cǝfǝrovanın əsərləri səsləndirilib.

***

Üzeyir Hacıbəyli festivalına Naxçıvan Dövlət Filarmoniyasının Simfonik orkestri də öz töhfəsini verib. Dövlət Akademik Filarmoniyasında gerçəkləşən konsertdə Orxan Həşimov, Cahangir Qurbanov və Elvin Əliyarovun dirijorluğu ilə Əməkdar artistlər Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Tural Nəcəfov (hər üçü vokal), Naxçıvan MR-in Əməkdar artisti Elçin Nağıyev (vokal), solistlər Vəli Səfərov (vokal) və Ülvi Əhmədov (piano) çıxış ediblər.

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

***

Filarmoniyada daha bir konsert sinqapurlu dirijor Darrell Angın rəhbərliyi altında gerçəkləşib. Musiqi axşamında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri təqdim olunub.

Nurəddin