Amerikanın 104 yaşlı sakini Dorothy Hoffner paraşütlə tullanan ən yaşlı qadın rekordunu yeniləmək istəyir.

Çikaqo sakini olan qadın İllinoys ştatında 4100 metr hündürlükdə təyyarədən atlanaraq arzusunu reallaşdırıb. Yaşın sadəcə bir rəqəm olduğunu deyən Dorothy Hoffner tullanışının “Ginnesin rekordlar kitabı”na düşəcəyinə ümid edir.

Qeyd edək ki, hazırda bu sahədə dünya rekordu 2022-ci ilin mayında 103 yaşında paraşütlə tullanan isveçli Linnea İngegard Larssona məxsusdur.

Dekabrda 105 yaşı tamam olacaq Dorothy Hoffner indiyədək hava şarında uçmadığını və bu arzusunu da həyata keçirmək istədiyini bildirib.