Mədəniyyət Nazirliyinin və Azərbaycanın Polşadakı Səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmiz Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında təmsil olunub.

Nisbət Sədrayeva (xanəndə), Hüseyn Məlikov (xanəndə), Rövşən Qurbanov (tar), Toğrul Əsədullayev (kamança), Rafael Əsgərov (balaban) və Vüsal Bayramovdan (nağara) ibarət muğam qrupu festival çərçivəsində konsert proqramı ilə çıxış edib.

Azərbaycanın bəstəkar və xalq mahnılarının, eləcə də muğamların yer aldığı rəngarəng proqram polşalı dinləyicilər tərəfindən maraqla qarşılanıb.