XX əsrin 20-ci ilində Nobel mükafatını qazanan, şöhrəti vətəni Norveçin sərhədlərini aşmış K.Hamsunu yetərincə tanımırıq. Sovet dövründə də bu yazıçının əsərləri dilimizə çevrilməmişdi. Müasir dövrdə isə onun bir-iki əsəri ilə tanışlıq imkanı qazansaq da, bu da hələ sözügedən yazıçını olduğu kimi «kəşf» etməyimizə zəmin yaratmadı. Lakin yaxınlarda doğma dilimizdə oxuculara təqdim ediləcək 150 cildlik «Dünya ədəbiyyatı» külliyatında bu yazıçının seçilmiş əsərləri də çap olunacaqdır. Və biz Knut Hamsunu tanıyacağıq. Hələliksə ortaya çıxan sual budur: o kimdir və necə yazıçıdır?
K.Hamsun reallığı, pozitivizm fəlsəfəsi və naturalizmin estetik nəzəriyyə olaraq qəbul edən və özünü «nəhəng» sayan yazıçılardan fərqli başa düşürdü. Onun üçün ədəbiyyatda, eləcə də həyatda başlıcası mənalı və mənasızlığından asılı olmayaraq, rastlaşdığı təfərrüatlardan və bu təfərrüatlardan doğan təfsilatlarda müasirləri kimi reallığın bənzərini yaratmaq deyil, onun mahiyyətini anlamaq idi. Hamsunun bu konsepsiyasından doğulan əsərlərində onun baş obrazları çox vaxt hansısa siyasi mənsubiyyəti olan, xaraktercə güclü, dövrünün bütün siyasi-sosial problemlərini diqqətdə saxlayan insanlardır. Yaşamın bu gərginliyini mahiyyətcə anlada bilən Hamsunun yaradıcılığını daha rəngarəng edən isə məhz mahiyyətin lirizmlə çulğalaşmasıdır.
Əslində Knut Hamsun «Nağıllar diyarında» adlandırdığı oçerkini yazmasaydı, bəlkə də, ümumi sözlərə bu yazıçının portretini çəkməklə yazını bitirmək də olardı. Fransız yazıçısı Aleksandr Düma kimi Knut Hamsun da Azərbaycanda olub. O, 1899-cu ildə Peterburqu, Moskvanı, Tiflisi və Bakını gəzib. Bakının küləkli günlərində İçərişəhərdə olub, Suraxanıdakı Atəşgahı ziyarət edib və bu abidələr haqqında yazıçı-səyyah maraqlı fikirlər söyləyib. Ən maraqlısı isə Hamsunun Qafqazda yaşayan millətlərin kimliklərindən, xarakterlərindən, adətlərindən söhbət açdığı «Nağıllar diyarında» oçerkində qələmə aldıqlarıdır. Yazıçı bu oçerki 1903-cü ildə qələmə alıb. Oçerkdə erməni xislətini yazıçı həssaslıqla açmışdır:
«Ermənilər burada istisna təşkil edir, onlar müştərilərə öz silahlarını (erməninin «silahının» nə olduğunu biz yaxşı bilirik) təklif edir, başqa yerlərdə olduğu kimi, burada da ucadan danışaraq onları tovlayırlar. Şərqdə bizə dedilər ki, yəhudi on yunanı aldada bilər, ermənilər isə həm yunanları, həm də yəhudiləri aldadırlar. Ermənilər çərənçidirlər, onlar harada ki iqtisadi hökmranlığa nail oldular, özlərini qudurğan aparır, hətta zavallı müsəlmanların salamını belə almırlar». Bunca dəqiq mahiyyət əksetdirilməni yalnız rus klassiki Puşkinin «Sən qulsan, sən ermənisən» misrasına bərabər tutmaq olar. K.Hamsunun bu səciyyəsi neft sənayesi şəhərinə çevrilmiş Bakıya axışan ermənilərin əsl mahiyyətini ortaya qoyur. Bu mahiyyət oçerkin yazıldığı tarixdən iki il sonra - 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı açdığı savaşda üzə çıxır. Ermənilərin kimliyini Mirzə Cəlilin «Kamança» hekayəsində də çılpaqlığı ilə gördük. «Kamança»nın qələmə alındığı dövrün ardından baş verən hadisələr isə bir başqa yazıçının «Əli və Nino» əsərində üzə çıxır. Azərbaycanlı Əliyə və onun sevgilisi gürcü qızı Ninoya təkəbbürlü və qorxaq erməni Nalbadyan tərəfindən ilk imkandaca xəyanət edilir. Knut Hamsunun təsbit etdiyi erməni mahiyyətinin üzə çıxması Qəribə və Mistik Hamsun reallığı. Məhz XX əsrin başlanğıcından start götürən erməni planları nəticəsində biz hələ də fəlakət və acı xatirələr aurasında yaşamaqdayıq. Amma... 1903-cü ildə Norveç yazıçısı Knut Hamsun öz oçerki ilə bizləri sanki yuxudan oyatmağa çalışmış, erməni mahiyyətini ortaya çıxarmışdı. Bax, Hamsun əsərlərinin reallığını mənə bu mahiyyətlər sevdirir. Əlimdə dəqiq fakt olmadığından müəllifi hələ də mübahisəli olan «Əli və Nino» əsərlərinin ona məxsusluğunu iddi edə bilmərəm. Çünki bu əsərdə baş verən hadisələr dövründə, 1915-20-ci illərdə Hamsunun yenidən Qafqazda olub-olmadığını dəqiqləşdirmək mümkün deyil. Lakin siyasi çalarlara, milli mədəniyyətlərə əsərlərində üstünlük verməsi səbəbindən «Əli və Nino» zamanında onun dəst-xətti görünür. Bu əsər yalnızca bir sevgi romanı yox, həm də siyasi hadisələrin məkanıdır. Hadisələr isə Hamsunun sevdiyi Bakıda baş verir. Hamsunun mahiyyətinə vardığı erməni namərdliyini bir sevgi məsələsi ilə, lakin siyasi yöndə üzə çıxarır. Qafqazda azərbaycanlı gürcü yaxınlaşmasına erməni xəyanəti mane olmaq istəyir. Məhz həmin dövrdə ermənilər Qarabağa hücum etməklə müstəqil dövlətimizə şimalın basqısı üçün zəmin yaradır. Qafqazın azadlığı təhlükə altına düşür. Çünki erməni azadlığın yox, köləliyin simvoludur. Baxın, 1918-ci il və 1991-ci il, Azərbaycan hər iki tarixdə müstəqil dövlətini qurur və hər dəfə arxadan erməni bıçağı kürəyimizə saplanır.
Erməniləri sevmədiyini gizlətməmiş K.Hamsunun dilimizə çevrilməsi, bəlkə də, onun xatirəsinə minnətdarlığımız olacaqdır. Bəlkə də, 1903-cü ildə oxumadığımız həmin oçerki nəşr etməyiniz erməni vandalizmini sındıracaq mistik-realist silahı bizə verəcək. Hamsun bizə özünü ermənilərə qarşı silah olaraq qoyub gedib.
Pablo Neruddan fərqli olaraq biz Hamsunu vaxtında tərcümə etmədik. Neruda da Qafqazda olmuş yazıçı idi və yazırdı ki, Ermənistanın hər bir qayasında türk əli ilə tökülmüş erməni qanı var. Ancaq beynəlmiləlçilik ideologiyasının təsirinə uyaraq Nerudanın əsərlərini xeyli əvvəl dilimizə tərcümə etmişik. Bunun alt qatında həqiqi mahiyyətində bizim erməni qarşısında özümüzə nifrət hissimiz, Knut Hamsunun üzə çıxardığı erməni mahiyyətinin unutdurulması dayanırdı. Biz indi məhz K.Hamsunu oxumağa borcluyuq!
Sabutay