Ötən il Azərbaycandan Ukraynaya 106 min nəfər səfər edib ki, bunun da 4 mini ölkəyə turist kimi gəlib. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Keçən il Ukraynaya 25 milyon əcnəbi gəlib. Bu, 2011-ci illə müqayisədə 500 min nəfər çoxdur. Artımın əsas səbəbi 2012-ci ildə Ukrayna və Polşada keçirilən futbol üzrə Avropa çempionatı olub. Ötən il Ukraynaya ən çox səfər edən ruslar (1 milyon nəfər) olub. İkinci-üçüncü yerləri Moldova (580 min) və Belarusdan (325 min) gələnlər təşkil edir.