Füzulinin qəzəli ABŞ-nin ədəbiyyat portallarında
Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının “All Poetry” və “PoetrySoup” ədəbiyyat portallarında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ingilis dilinə tərcümə edilmiş “Məni candan usandırdı...” qəzəli yayımlanıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəli ingilis dilinə tanınmış amerikalı tarixçi və tərcüməçi Bernard Lyuis çevirib.
Geniş oxucu auditoriyası olan “All Poetry” və “PoetrySoup” portalları mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının görkəmli simalarının yaradıcılığına yer ayırır.