Martın 16-19-da Moskvada “İntourmarket" beynəlxalq turizm sərgisi və tədbir çərçivəsində MDB-yə üzv ölkələrin Turizm üzrə Şurasının növbəti iclası keçirilib. 20-23 mart tarixində isə Rusiya paytaxtında “XX MİTT Səyahət və Turizm" beynəlxalq sərgisi gerçəkləşəcək. Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Heyətə nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev daxildir.
   Nümayəndə heyəti MDB Turizm üzrə Şurasının növbəti iclasında iştirak edib. İclasda MDB məkanında turizmin inkişafının cari vəziyyəti və perspektivləri, "2020-ci ilə qədər turizm sahəsində MDB məkanında inteqrasiya proseslərinin inkişaf strategiyası" adlı layihə müzakirə olunub, 2014-cü ilin MDB məkanında “Turizm ili” elan edilməsi ilə bağlı layihə dəqiqləşdirilib.
   "XX MİTT Səyahət və Turizm" sərgisi turizm nazirlərinin forumu keçiriləcək. Səfər gedişində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun müxtəlif görüşləri də nəzərdə tutulub.