Vaşinqtonda Novruz Komissiyası tərəfindən Novruz bayramı münasibətilə təntənəli ziyafət keçirilib. Ziyafətdə Azərbaycan nümayəndələri də iştirak ediblər.
   Ölkəmizin ABŞ-dakı səfirliyindən bildiriblər ki, Azərbaycana ayrılmış guşədə ölkəmizin zəngin mədəniyyət nümunələri, milli musiqi alətləri və geyimləri, xalçaçılıq ənənələrini əks etdirən stend nümayiş etdirilib və tədbir iştirakçılarına xalqımızın zəngin Novruz adət-ənənələri barəsində məlumat verilib. Musiqiçilərimiz tərəfindən ifa olunan “Sarı gəlin” və digər xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Məlumat üçün bildirək ki, Novruz Komissiyası 2010-cu ildə təsis edilib.

   Fəxriyyə