Oktyabrın 16-da AMEA və Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “500 illik uğurlu diplomatiya: keçmişdən bu günə Türk Xarici İşlər Təşkilatı” mövzusunda panel və sərgi keçirilib.
Əvvəlcə Türkiyə diplomatiyasının (Osmanlı və Cümhuriyyət dövrü) 500 illiyinə həsr olunmuş sərgiyə baxış keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, konfrans qardaş Türkiyənin, onun diplomatiyasının keçdiyi inkişaf yolunu xalqımıza daha da dərindən tanıtmağa xidmət edir.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tədbirin bir əsr öncə Birinci Türkoloji Qurultayın keçirildiyi bu salonda baş tutmasının tarixi əhəmiyyəti olduğunu deyib və AMEA rəhbərliyinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda Azərbaycan bayrağının ucaldılması münasibətilə xalqımızı təbrik edən səfir Cahit Bağcı bu tarixi hadisəni bütün Türk dünyasının həsrətlə gözlədiyini söyləyib. Qeyd edib ki, Xankəndidə və Xocalıda yüksəldilən Azərbaycan bayrağı heç vaxt enməyəcək.
Daha sonra panel iclasları keçirilib.